Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu qidalar prostat xərçəngi riskini artırır

Bu qidalar prostat xərçəngi riskini artırır

Tarix: 3 May 2023 23:39

Sağlam olmayan pəhriz "aqressiv prostat xərçəng"' riskini artırdığı iddia olunur.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, tədqiqatçılar 1992-1996-cı illər arasında İspaniyada 15 min 296 nəfərin yemək vərdişlərini araşdırıblar.

Tədqiqat nəticəsində məlum olub ki, bu müşahidə qrupunda sağlam qidalanma vərdişləri olmayan, "fast food", çox qızardılmış, mənşəyi bilinməyən ətdən hazırlanan qidaları istehlak edən 609 nəfərdə "aqressiv prostat xərçəngi" inkişaf edib.

Tədqiqatçılar bildirib ki, tapıntılar göstərir ki, sağlam qidalanmaq "aqressiv prostat xərçəngi"nin qarşısını almaq üçün ən yaxşı strategiyadır.

Milli.Az


Etiketlər:  Bu qidalar prostat xərçəngi riskini artırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ