Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2023 17:15
Xalq artisti Məleykə Əsədova dünyasını dəyişən anası Mahinur Əsədova ilə bağlı paylaşım edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktrisa anasının məzarının fotosunu yayımlayaraq, onun vəfatından 19 il ötdüyünü vurğulayıb.
"2004-cü il mayın 3-də anamın dünyasını dəyişdiyi gündür. Hər gün qəlbimin içindəsən, mənim gözəl və nazlı anam. İllər keçsə də, sənin varlığına hər an ehtiyacım var. Allah sənə və ataama rəhmət eləsin" deyə, M.Əsədova paylaşımında yazıb.