Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2019 11:04
“France Football” nəşri 2019-cu ilin ən yaxşı qapıçısına verilən Lev Yaşin mükafatına namizədləri açıqlayıb.
Qol.az xəbər verir ki, siyahıda 10 qolkiperin adı yer alıb.
Alison Beker ("Liverpul", Braziliya), Manuel Noyer ("Bavariya", Almaniya), Andre Onana ("Ayaks", Kamerun), Voyçex Şensnı ("Yuventus", Polşa), Yan Oblak ("Atletiko", Sloveniya), Kepa Arrisabalaqa ("Çelsi", İspaniya), Samir Handanoviç ("İnter", Sloveniya), Huqo Loris ("Tottenhem", Fransa), Mark-Andre ter Şteqen ("Barselona", Almaniya), Ederson Moraes ("Mançester Siti", Braziliya)
Qeyd edək ki, mükafatın qalibi dekabrın 2-də Parisdə keçiriləcək mərasimdə açıqlanacaq.