Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2023 23:39
"Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur".
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Ermənistan Parlamentinin sədri Alen Simonyan Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşündən sonra keçirdiyi mətbuat konfransı zamanı bildirib.
Simonyan Ermənistanın sülh razılaşması əldə etməkdə qərarlı olduğunu vurğulayıb:
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur. Biz qətiyyətliyik və sülh sazişi əldə etməyə hazırıq. Regionun ticarətə açılmasında heç bir problem görmürük".