Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tiflisdə kriminal qarşıdurma: Giço güllələndi

Tiflisdə kriminal qarşıdurma: Giço güllələndi

Tarix: 5 May 2023 08:04

Tiflisin Qogebaşvili küçəsində baş verən silahlı atışma nəticəsində bir nəfər öldürülüb, ilkin ehtimala görə, 2 nəfər də xəsarət alıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanları "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başladıb.

Yerli medianın məlumatına görə, silahlı olay kriminal çəkişmələrlə bağlıdır.

Belə ki, qətlə yetirilən, yaşı 40-dan az olan şəxs 90-cı illərdə fəaliyyət göstərən "Veris Sadzmo" (Veri Qardaşlığı) kriminal qrupunun üzvü Giço ləqəbli Givi Marqvelaşvilini evinin yaxınlığında gözləyirmiş.

Marqvelaşvilinin özü mühafizəçilərlə birlikdə hərəkət edib və mühafizəçilərdən biri cavab atəşi açıb.

Atışma nəticəsində Giçonun özü və təsadüfi şəxs yaralanıb.


Etiketlər:  Tiflisdə kriminal qarşıdurma Giço güllələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ