Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2023 17:22
Xəbər verdiyimiz kimi, may ayının 1-dən rəsmi olaraq balıq ovu qadağan edilib.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki,amma hazırda bazarlarda bir-birindən fərqli balıqlar satılır.
Satıcılar bildirir ki, hazırda satışda olan balıqlar xaricdən və ya təsərrüfatlardan gəlmədir.
Ölkəmizə balıqlar daha çox Qazaxıstan, Rusiya, Türkiyə və Norveçdən gətirilir. Bununla bərabər yerli təsərrüfatlarda yetişdirilən balıqlar da var ki, hazırda məhz onların satışı həyata keçirilir.
Balıqçılar bildirir ki, hazırda bazarlarda dənizdən tutulma balıqlar olmasa da amma qiymətlərdə heç bir fərq yoxdur.
"Yayda balıq alınmaz misalı artıq tarixə qovuşub."
Qeyd edək ki, hazırda bazarlarda daha çox dənizdən tutulma kütüm, berj, kefal balıqlarının qıtlığı yaşanır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: