Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Siyavuş Aslanın oğlu vəfat edib, nəşini təhvil alan yoxdur

Siyavuş Aslanın oğlu vəfat edib, nəşini təhvil alan yoxdur

Tarix: 5 May 2023 22:46

Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 5 gün öncə dünyasını dəyişib.

Məlumata görə, hazırda onun nəşi Sabunçu Tibb Mərkəzinin morqundadır və 5 gündür ki, Ç.Aslanovun cənazəsini təhvil alan yoxdur. 

Qeyd edək ki, Çingiz Aslanov tüfeyli həyat tərzi yaşayırdı. Onun küçələrdə gecələməsi ilə bağlı dəfələrlə görüntülər yayılıb. Ç.Aslanov 2021-ci ildə sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilsə də, öz istəyi ilə oranı tərk etmişdi.

Milli.Az


Etiketlər:  Siyavuş Aslanın oğlu vəfat edib nəşini təhvil alan yoxdur


RƏYLƏR