Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putindən şok mesaj: Nikolu dezinfeksiya etdi

Putindən şok mesaj: Nikolu dezinfeksiya etdi

Tarix: 10 May 2023 07:40

Xəbər verdiyimiz kimi, bu gün Qırmızı meydanda faşizm üzərində qələbənin 78-ci ildönümü ilə bağlı parad keçirilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, paraddan sonra Putin Moskvaya gələn liderlərlə qeyri-rəsmi naharda iştirak edib.

Mərasimə Moskvaya gələn liderlər - Şövkət Mirziyayev, Qasım Jomart Tokayev, Sərdar Berdiməhəmmədov, Sadır Japarov, Nikol Paşinyan, İmaməli Rəhman və Şövkət Mirziyayev qatılıb. Belarus lideri Aleksandr Lukaşenko nahara qalmayıb və təcili Minskə qayıdıb. Onun səhhətinə görə Moskvanı tez tərk etdiyi bildirilir.

Naharda isə maraqlı anlar yaşanıb - xüsusilə Rusiya lideri Vladimir Putinin Ermənistan Baş nazirinə münasibəti baxımından. Belə ki, Putin yanında əyləşən Paşinyanı "dezinfeksiya" da edib, onun əlini spirtləməsini tərcih edib.

Bu isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Putinin bütün addımlarının planlaşdırılmış olduğunu iddia edənlərin fikrincə, Rusiya lideri bununla da iki mesaj verib:

1. Paşinyanın siyasi virus daşıyıcısı olması;

2. Paşinyanın parada gəlməklə "dezinfeksiya" edildiyi...

Milli.Az


Etiketlər:  Putindən şok mesaj Nikolu dezinfeksiya etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ