Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran Rusiyaya mindən çox dron və digər silahlar satıb - Zelenski

İran Rusiyaya mindən çox dron və digər silahlar satıb - Zelenski

Tarix: 14 May 2023 14:52

Rusiya İrandan mindən çox pilotsuz təyyarə və digər silah alıb.

Milli.Az-ın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar sayəsində Rusiya Federasiyasında istehsal olunan raketlərin sayı xeyli azalıb.

"Başqa silahlar da var. Bizdə dəqiq məlumat var, onlar bunu bu yaxınlarda ediblər", - prezident bildirib.

Eyni zamanda prezident əlavə edib ki, hava hücumundan müdafiə vasitələri sayəsində Ukrayna özünü bu dronlardan müdafiə etməyi bacarır.

Milli.Az


Etiketlər:  İran Rusiyaya mindən çox dron digər silahlar satıb Zelenski


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ