Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın oyununa 25 min bilet satılıb - RƏSMİ (FOTO)

''Qarabağ''ın oyununa 25 min bilet satılıb - RƏSMİ (FOTO)

Tarix: 22 Oktyabr 2019 17:40

Bakı. Ceyhun Ələkbərov - Trend:

“Qarabağ” futbol klubunun Avropa Liqasının qrup mərhələsinin III turunda Kiprin APOEL komandası ilə keçirəcəyi görüşə 25 min bilet satılıb.

Klubdan Trend-ə verilən məlumata görə, oktyabrın 24-də baş tutacaq oyuna hazırlıqlar davam edir.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL qarşılaşmasında bayraq aksiyası təşkil ediləcək.

Bunun üçün klub rəhbərliyi 30 min Azərbaycan bayrağı sifariş verib. Həmin bayraqlar oyun günü tribunalara düzüləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qarabağın oyununa bilet satılıb RƏSMİ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ