Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2023 18:03
Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Əməkdar artist Elxan Qasımovun səhhəti ağır olaraq qalır.
Sonxeber.net xəbər verir ki, bu haqda axşam.az-a açıqlamasında aktyorun qızı Kəmalə Qasımova deyib. O bildirib ki, atası reanimasiyadadır:
"Atam dializ olunur, qan köçürülür. Süni nəfəs aparatından ayrılıb. Danışa bilmir, amma huşu yerindədir. Nəsə deyəndə reaksiya verir, gözünü açır. Həkimlər deyir ki, müalicəsi davam etməlidir. Hələ ki, bir irəliləyiş yoxdur".