Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2023 13:05
Kübar salnaməçilər güman edir ki, cütlüyün bal ayı-romantik dövrü arxada qalıb.
Hazırda ulduzlar get-gedə daha tez-tez mübahisə edir. Paparatsilər elə hey şəkillər dərc edərək cütlüyün işlərində heç də hər şeyin hamar olmadığına şübhə yeri saxlamır.
Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, bu barədə "starhit.ru" nəşri yazıb.
Ben Afflek və Cennifer Lopes arasında olan münasibətlər həmişə jurnalistlərin diqqət mərkəzində olub.
Hələ bu yaxınlaradək fotoqraflar cütlük ulduzların öz əlaqələrinin bərpasına qərar verdiyini sübut edən romantik şəkillər dalınca qaçıb.
İndi isə onların ilk mübahisələrini axtarmağa baş vurur. Onlar yaxşı xatırlayır ki, cütlüyün həyatında 2004-cü ildə səs-küylü ayrılıq olub.
Publika sevgililərin yenidən dənizdə gəmilər kimi ayrıla biləcəyindən əndişələnir. Və təəssüf ki, bunu təsdiq edən məlumatlar üzə çıxır.
Belə ki, bu ərəfədə cütlük avtomobilləri qırmızı işıqforda Beverli-Hillzin kəsişmələrinin birində dayananda dalaşmağa macal tapıb.
Afflek həyat yoldaşının qarşısında emosiyalarına hakim ola bilməyərək əl-qolunu yellədib.
İnsayderlərin məlumatına görə, Cey Lo o qədər kədərli görkəmdə olub ki, cütlüyün gələcəyi haqqında elə indidən həyəcan keçirməyə dəyər.
Lakin onlar kameralar qarşısında təmkinliyini hələ də saxlamağa çalışır. Axı Ben və Cenniferin çoxsaylı şahidlərin gözləri qarşısında qırmızı zolaqda münasibətlərinin aydınlaşdırmasından bir neçə gün də keçməyib. Bu, Lopesin zəfər gecəsi olmalıydı. O, Los-Ancelesdə özünün "Ana" adlı yeni filmini təqim edib.
Lakin romantik fotosessiyadan öncə məşhurlar fotokameralar qarşısında dalaşmağa macal tapıb, bu zaman son dərəcə ciddi görünüb.
Doğrudur, sonradan hər halda işə köklənmək mümkün olub, kamera qarşısında onlar xoşbəxt təsir bağışlayıb.
Ən maraqlı mübahisələrdən biri bu ilin fevral ayında "Qremmi" mükafatının təqdimetmə mərasimində baş verib. Buna səbəb yenə də təsadüfən kameralara düşən səhnə olub.
Lopes səhnədə qaliblərə "Ən yaxşı pop-albom" nominasiyasında mükafatları təqdim edərkən Ben masa arxasında əyləşib açıq-aşkar darıxıb. Məhz buna görə də onu həyat yoldaşından irad gözləyib:
"Bəsdir, mehriban və nikbin ol", - o zaman Cennifer ərinə belə tövsiyə edib. O, buna səy göstərəcəyini vəd edib. Sonradan bəlli olub ki, Afflek, sadəcə, bir neçə lahiyələrlə məşğul olduğundan çox yorğun olub.