Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya səfiri Türkiyə XİN-ə çağırılıb

Almaniya səfiri Türkiyə XİN-ə çağırılıb

Tarix: 17 May 2023 17:58

Almaniyanın Türkiyədəki səfiri Yurqen Şolts Alman polisinin Türkiyənin Sabah qəzeti ofisinə basqın etməsindən sonra Xarici İşlər Nazirliyinə çağırılıb.

TurkicWorld xəbər verir ki, Türkiyə XİN bu barədə məlumat yayıb.

"Bütün dünyaya mətbuat azadlığını öyrətməyə çalışan Almaniyanın bu hərəkəti onun ikili standartlı yanaşmasını ortaya qoyur. Bu hadisənin Türkiyədə keçiriləcək prezident seçkiləri ərəfəsində həyata keçirilməsinin əsas səbəbi FETÖ terror təşkilatıdır", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, bugün Alman polisi FETÖ terror təşkilatı üzvləri Cevheri Güven və Ercan Karakoyunun şikayəti ilə Türkiyənin Sabah qəzetinin ofisinə basqın edib və basqın nəticəsində qəzetin Almanya təmsilçisi İsmail Erel ve müdir Cemil Albay saxlanılıb.


Etiketlər:  Almaniya səfiri Türkiyə XİN çağırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ