Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qida sahəsində fəaliyyət göstərən 9 müəssisədə nöqsanlar aşkar olundu

Qida sahəsində fəaliyyət göstərən 9 müəssisədə nöqsanlar aşkar olundu

Tarix: 17 May 2023 21:10

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentlikdən Sonxeber.net-a verilən məlumata görə, mayın 16-da respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 13 ticarət müəssisəsi, o cümlədən 4 aptek və 2 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 9 müəssisədə nöqsanlar aşkar olunub.

Həmin müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 1, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 8, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 8, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 2, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 2 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.


Etiketlər:  Qida sahəsində fəaliyyət göstərən müəssisədə nöqsanlar aşkar olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ