Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çağırışa gedən təcili tibbi yardım maşını aşdı - VİDEO

Çağırışa gedən təcili tibbi yardım maşını aşdı - VİDEO

Tarix: 18 May 2023 23:26

Masallıda çağırışa gedən təcili tibbi yardım avtomobili aşıb.

Sonxeber.net xəbər verir ki, bu barədə görüntülər TikTok platformasında yayılıb.

Məlumata görə, təcili tibbi yardım maşını Masallı Bioloji Təbabət Klinikasına məxsusdur.

Məsələ ilə bağlı sözügedən klinikadan Oxu.az-a bildirilib ki, hadisə dünən Masallıda qeydə alınıb: "Ambulanslarımızdan biri çağırışa gedərkən qəza baş verib. Hadisə zamanı avtomobildə pasiyent olmayıb. Həkim və tibb heyəti arasında ölən və xəsarət alanlar yoxdur".

Həmin görüntüləri təqdim edirik:


Etiketlər:  Çağırışa gedən təcili tibbi yardım maşını aşdı VİDEO


RƏYLƏR