Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü başlayıb - YENİLƏNİB - FOTO

Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü başlayıb - YENİLƏNİB - FOTO

Tarix: 19 May 2023 14:21

14:19

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.

Milli.Az xəbər verir ki, nazirlər Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsi üzrə danışıqların növbəti raundunu keçirmək üçün Rusiya Xarici İşlər Nazirliyinin "Qəbullar evi"nə gəliblər.

Qeyd edək ki, üçtərəfli görüşdən əvvəl S.Lavrov Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrı-ayrılıqda danışıqlar aparıb.

---------
13:34

Milli.Az xəbər verir ki, Moskvada Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

Qeyd edək ki, bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulub.

---------
13:13

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov arasında ikitərəfli görüş başa çatıb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 

Hazırda tərəflər arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir. 

--------
12:14

Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və onun rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

Milli.Az xəbər verir ki, görüş Rusiya XİN-in Qəbullar Evində keçirilir.

--------
09:12

Bu gün Azərbaycanla Ermənistan arasında "sülh sazişi" layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.

Milli.Az xəbər verir ki, görüş Rusiyada baş tutacaq.

Artıq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Moskvadadırlar. Ceyhun Bayramovun Rusiyalı həmkarı ilə də təkbətək görüşü olacaq. 

Milli.Az


Etiketlər:  Moskvada Azərbaycan Rusiya Ermənistan XİN başçılarının görüşü başlayıb YENİLƏNİB FOTO


RƏYLƏR