Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2023 09:38
Meksikanın San-Visente şəhərində keçirilən "Cachanillazo" avtomobil yarışı zamanı naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində ən azı on yarış sürücüsü həlak olub, doqquz nəfər yaralanıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Meksikanın baş prokurorunun bəyanatına istinadən "Fox8" telekanalı məlumat yayıb.
Bir neçə silahlı şəxs içərisində sürücülərin əyləşdiyi yarış avtomobillərinə atış açıblar. Məlumatda öldürülənlərin kimliyi və vətəndaşlığı açıqlanmayıb.
Faciə yerli sakinlər və ölkənin hər yerindən gələn sürücülər arasında qəzəbə səbəb olub. Meksika hakimiyyəti artıq hadisə ilə bağlı araşdırmalara başlayıb və günahkarların tapılaraq cəzalandırılacağına söz verib.