Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Borussiya” darmadağınla zirvədə!

“Borussiya” darmadağınla zirvədə!

Tarix: 22 May 2023 08:42

Almaniya Bundesliqasında 33-cü tura yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, bu gün daha 3 görüş baş tutub.

"Maynts" evdə "Ştutqart"a böyük hesabla uduzub. "Bayer" - "Borussiya" (Mönhenqladbax) matçında qalib müəyyənləşməyib.

Dortmund "Borussiya"sı isə səfərdə "Auqsburq"u böyük hesabla məğlub etməklə sona bir tur qalmış zirvəyə yüksəlib. Hazırda bu komanda 70 xalla vahid liderdir. Bir gün öncə uduzmaqla çempionluq şansını böyük ölçüdə itirən "Bayern" isə 68 xalla ikinci pillədə qərarlaşıb. 63 xalı olan "Leypsiq" üçüncüdür. "Union Berlin" və "Frayburq"un 59, "Bayer"in 50 xalı var.

Almaniya Bundesliqası
33-cü tur
19 may

Frayburq - Volfsburq 2:0
Qol: Günter, 71. Petersen, 75.

20 may

Herta - Bohum 1:1
Qol: Tuzar, 63 - Şlotterbek, 90+4.

Hoffenhaym - Union Berlin 4:2
Qol: Bebu, 22. Kramariç, 36-pen; 90. Dabbur, 90+9 - Doexi, 45+4. Layduni, 90+5.

Şalke - Ayntraxt 2:2
Qol: Terodde, 1. Polter, 85 - Kamada, 21. Tuta, 59.

Verder - Köln 1:1
Qol: Şmid, 73 - Tigges, 36.

Bayern - Leypsiq 1:3
Qol: Qnabri, 25 - Laymer, 65. Nkunku, 76. Soboslai, 86-pen.

21 may

Maynts - Ştutqart 1:4
Qol: İnqvartsen, 23 - Endo, 41. Jirassi, 63. Fuhrix, 78. Kulibali, 90+1.

Auqsburq - Borussiya (Dortmund) 0:3
Qol: Haller, 58; 84. Brandt, 90+3.

Bayer - Borussiya (Mönhenqladbax) 2:2
Qol: Adli, 15. Demirbay, 20 - Hofmann, 58. Ştindl, 90.

Milli.Az


Etiketlər:  Borussiya darmadağınla zirvədə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ