Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beyons Kaliforniyanın ən bahalı evini aldı...

Beyons Kaliforniyanın ən bahalı evini aldı...

Tarix: 22 May 2023 11:36

Amerikalı müğənni Beyons və onun həyat yoldaşı, repçi Jay-Z Kaliforniyada ən bahalı malikanəyə sahiblənib.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, əgər əvvəllər Beyons ən bahalı müğənni olubsa, indi o, həm də günəşli Kaliforniyada ən bahalı malikanənin sahibidir. Sahəsi 3700 kv metr olan dəbdəbəli ev üçün ulduz cütlük 200 milyon dollar ödəyib. Məşhur musiqiçilərin yeni evi Kaliforniyada ən bahalı ev olmaqla yanaşı, ABŞ-da dəyərinə görə ikinci daşınmaz əmlakdır.  Yalnız 2019-cu ildə amerikalı maliyyəçi Ken Qriffinin Nyu-Yorkun mərkəzində 238 milyon dollara aldığı dördmərtəbəli penthaus daha bahadır. Beyons və Jay-Z cütlüyünün malikanəsi Sakit okean sahilində mənzərəli Paradayz-Kouv rayonunda yerləşir, məşhur yapon arxitektoru, Pritsker mükafatı laureatı Tadao Ando tərəfindən layihələşdirilib.

O, hazırda Kim Kardaşyanın sabiq əri Kanye Uestin gələcək evi üzərində işləyir. Əvvəllər bu malikanə dünyada incəsənət əsərlərinin ən böyük kolleksiyaçısı olan Uilyam Bellə məxsus olub, o, evi 2003-cü ildə 14, 5 milyon dollara alıb. Ev döşəmədən tavanadək şüşəli pəncərələrdən ibarətdir, burada hətta böyük oyun zalı və şəkil qalereyası da var. Arxa həyətdə malikanə sahiblərini və qonaqları böyük hovuz və çimərliyə qayadan açılan gözəl mənzərə gözləyəcək. Sakit okean sahilində, Paradayz-Kouv rayonunda yerləşən daşınmaz əmlak Hollivud məşhurları və amerikalı milyardçıları arasında çox populyardır. Məlumata görə, bu malikanənin əvvəlki sahibi onu 295 milyon dollara satmağı planlaşdırıb, lakin Beyonce və Jay-Z onu heyrət doğuracaq endirim etməyə razılaşdırıb.

Yeri gəlmişkən, bu, ulduz cütlüyün ilk bahalı alış-verişi deyil. 2017-ci ildə onlar Bel-Eyr rayonunda Los-Ancelesin qərbində 88 milyona malikanə alıb. Xatırladaq ki, Beyons və Jay-Z 2002-ci ildən görüşməyə başlayıb, altı ildən sonra münasibətlərini rəsmiləşdirib. Cütlüyün 11 yaşlı Blyu Ayvi adlı qızı, 6 yaşlı Ser və Rumi adlı əkiz oğulları var. Xatırladaq ki, Beyons bir neçə milyon dollar məbləğində vergilər cərimələri ödəməməkdə ittiham edilib.

Milli.Az


Etiketlər:  Beyons Kaliforniyanın ən bahalı evini aldı


RƏYLƏR