Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əhd etdi, yerinə yetdi, dizi üstə yeridi - VİDEO

Əhd etdi, yerinə yetdi, dizi üstə yeridi - VİDEO

Tarix: 23 May 2023 15:50

"Barselona"nın futbolçusu Rafinya maraqlı hərəkəti ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, o, "Real Soseydad"la matçdan sonra - "Kamp Nou" stadionunun tribunaları boşalandan sonra qazon üzərində dizləri üstə yeriyib. Bu video dərhal şəbəkədə yayılıb və maraqla qarşılanıb.

Braziliyalı futbolçu bu ritualı daha əvvəl "Lids"də çıxış edərkən də edib. Həmin vaxt komandası Premyer Liqada qalmışdı. Ancaq Rafinya etdiyi hərəkətin səbəbini açıqlamayıb.

Lakin belə hesab edilir ki, Cənubi Amerikada möminlər bir arzunun reallaşması üçün əhd edirlər. Başqa sözlə, vinger, "Barselona" çempion olacağı təqdirdə stadionda dizləri üstə yeriməyi əhd edib və bunu yerinə yetirib. (publika)

Milli.Az


Etiketlər:  Əhd etdi yerinə yetdi dizi üstə yeridi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ