Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib

Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib

Tarix: 23 May 2023 15:51

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Tacik xalqı adından və şəxsən öz adımdan Sizə və bütün dost Azərbaycan xalqına ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Sizin uzaqgörən və quruculuq siyasətiniz sayəsində Azərbaycan irəliləyiş və tərəqqi yolunda möhtəşəm nəticələr əldə edib, bununla da beynəlxalq arenada öz nüfuzunu yüksəldib.

Biz ikitərəfli münasibətlərin konstruktiv atmosferindən və əlbəttə ki, ölkələrimizin xalqlarımızın köklü maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələrinin dinamik inkişafından məmnunuq.

Sizin bu yaxınlarda Tacikistana dövlət səfəriniz zamanı görüşlərimizi səmimiyyətlə xatırlayıram. Əminəm ki, bu səfər çərçivəsində əldə olunan razılaşmaların praktik icrası uzunmüddətli perspektivə istiqamətlənmiş səmərəli Tacikistan-Azərbaycan əməkdaşlığına yeni impuls verəcək.

İnanıram ki, biz birgə səylərimizlə ikitərəfli tərəfdaşlığımızı xalqlarımızın və ölkələrimizin rifahı naminə yeni inkişaf üfüqünə çıxaracağıq.

Əziz İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram".

Milli.Az


Etiketlər:  Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib


RƏYLƏR