Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda niyə ürək köçürülməsi edilmir? - VİDEO

Azərbaycanda niyə ürək köçürülməsi edilmir? - VİDEO

Tarix: 23 May 2023 18:02

10 ildən çoxdur ki, ölkəmizdə ürək transplantasiyasını həyata keçirmək üçün hər cür şərait var.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, yerli xəstəxanaların maddi-texniki şəraiti də, qanunvericilik də, həkimlərin səviyyəsi də buna tam imkan verir. Əməliyyatın bu illər ərzində ümumiyyətlə icra olunmamasının tək səbəbi donor problemidir.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, ürək-damar cərrahı Rəşad Mahmudov deyir ki, transplantasiyanı həyata keçirmək üçün beyin ölümü keçirən, lakin reanimasiya şəraitində ürəyi fəaliyyətdə olan insanın ürəyindən istifadə olunmalıdır. Lakin bu günə kimi doğması beyin ölümü keçirən heç bir insan onun ürək və ya digər orqanlarının götürülməsinə icazə verməyib.

Rəşad Mahmudov bildirib ki, həkim tərəfindən beyin ölümü diaqnozu zamanında qoyulmalıdır. Bundan başqa,  yaxını beyin ölümü keçirən şəxs əmin olmalıdır ki, doğmasının geri dönüşü yoxdur.

Qeyd edək ki, bu günə kimi ölkəmizdə ürək transplantasiyası əməliyyatı icra olunmayıb. Lakin  qonşu Türkiyə , İran, Rusiya , Belarus kimi dövlətlərdə illərdir ki, bu əməliyyat uğurla icra olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Azərbaycanda niyə ürək köçürülməsi edilmir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ