Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynada son sutkada İran istehsallı 36 PUA məhv edildi

Ukraynada son sutkada İran istehsallı 36 PUA məhv edildi

Tarix: 26 May 2023 09:40

Ukrayna ordusu ötən gecə Rusiyanın İran istehsalı olan 36 "Shahed" pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Son sutkada həmçinin qarşı tərəfin 1 "Su-25" təyyarəsi vurulub.

"Bundan başqa düşmənin canlı qüvvəsinin cəmləşdiyi 2 ərazi, 1 sursat anbarı, 1 radiolokasiya stansiyası və 2 artilleriya diviziyası məhv edilib", - Baş Qərargahdan bildirilib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Milli.Az


Etiketlər:  Ukraynada son sutkada İran istehsallı 36 PUA məhv edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ