Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2023 11:45
Xəbər verdiyimiz kimi, 76-cı Kann Film Festivalına qatılanlar arasında aktrisa Məryəm Üzərli də var.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ötən il festival çərçivəsində bir çox türkiyəli məşhurun oğurluq halları ilə qarşılaşması səbəbindən aktrisa bəzi addımlar atmaq məcburiyyətində qalıb.
Məryəmin otağını xadimələrə təmizlətmədiyi, yanında nağd pul gəzdirmədiyi, smartfonunu dəvətlər xaricində boynundan asdığı ortaya çıxıb.
Qeyd edək ki, ötən il festivalda Erkan Petekkaya, Nilperi Şahinkaya qarşılaşdıqları hadisələr ucbatından çətin vəziyyətdə qalmışdılar.