Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Slava xəstəxanaya yerləşdirildi

Slava xəstəxanaya yerləşdirildi

Tarix: 29 May 2023 22:18

Rusiyalı məşhur müğənni Slava (əsl adı Anastasiya Slanevskaya) xəstəxanaya yerləşdirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə ifaçının sözçüsü "Super.ru"ya açıqlamasında deyib. Onun sözlərinə görə, Slava qəfildən özünü pis hiss edib, temperaturu qalxıb və öskürməyə başlayıb.

Müğənninin dəqiq hansı səbəbdən xəstəxanaya yerləşdirildiyi hələlik bəlli deyil.

Bildirilib ki, hazırda Slavanın bütün ailə üzvlərində eyni simptomlar müşahidə olunsa da, ifaçının vəziyyəti daha ağırdır.

Milli.Az


Etiketlər:  Slava xəstəxanaya yerləşdirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ