Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moskvada dron hücumu ilə əlaqədar GPS söndürülüb

Moskvada dron hücumu ilə əlaqədar GPS söndürülüb

Tarix: 30 May 2023 10:38

Moskvada peyk naviqasiya siqnalları söndürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, dron hücumu ilə əlaqədar naviqasiya siqnallarının söndürüldüyü bildirilib.

Sürücülər GPS-in fəaliyyətində yaranan kəsintilərdən şikayətlənirlər.

Moskvada polis dron hücumu ilə əlaqədar "Tayfun" planı elan edib. Bu, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak edən personalın toplanması deməkdir.

Rusiya paytaxtının nəqliyyat departamenti isə Moskvanın cənub-qərbində Udaltsova küçəsi ilə Leninski prospektindən Mixail Pevtsov küçəsinə kimi nəqliyyatın hərəkətinin dayandırıldığını açıqlayıb.

Milli.Az


Etiketlər:  Moskvada dron hücumu ilə əlaqədar GPS söndürülüb


RƏYLƏR