Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zemfira Meftahətdinova işdən azad edildi

Zemfira Meftahətdinova işdən azad edildi

Tarix: 30 May 2023 12:32

Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin rəisi Zemfira Meftahətdinova işdən azad edilib.

Milli.Az bildirir ki, polis polkovniki Z.Meftahətdinova xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

O, 2015-ci ildən DİN-in İdman Cəmiyyətinin rəisi idi.

Qeyd edək ki, 1963-cü il təvəllüdlü Zemfira Meftahətdinova Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısıdır. 1991-2014-cü illərdə stend atıcısı kimi Azərbaycan yığmasının heyətində çıxış edən Zemfira xanım 2000-ci ildə Sidneydə keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb. 5 qat Avropa, 2 qat dünya çempionudur. Beynəlxalq dərəcəli idman ustası, əməkdar bədən tərbiyəsi və idman xadimi, Milli Olimpiya Komitəsinin vitse-prezidentidir. "Tərəqqi", "Vətən uğrunda" medalları, "Şöhrət" ordeni ilə təltif edilib.

Karyerasını başa vurandan sonra daxili işlər orqanlarında vəzifəyə təyin olunmuşdu.

Milli.Az


Etiketlər:  Zemfira Meftahətdinova işdən azad edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ