Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Neftimizin büdcə qiyməti 60 dollara qaldırılır

Neftimizin büdcə qiyməti 60 dollara qaldırılır

Tarix: 30 May 2023 14:40

Yenilənmiş makroiqtisadi proqnozlara əsasən baza ssenaridə ilin qalan dövrü üçün neftin bir barrelinin orta ixrac qiyməti 60,0 ABŞ dolları götürülür (4 aylıq fakt 85,8 ABŞ dolları).

Maliyyə Nazirliyindən verilən məlumata görə, bu barədə Milli Məclisə təqdim olunan 2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsində bildirilir.

Qeyd edilir ki, 2023-cü ildə ÜDM-in real ifadədə 1,8 faiz artmaqla 111,6 milyard manata (əvvəlki proqnoza nəzərən 5,6 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in real ifadədə 4,9 faiz artmaqla 77,7 milyard manata (əvvəlki proqnoza nəzərən 4,4 milyard manat çox) çatacağı proqnozlaşdırılır. Orta illik inflyasiyanın isə cari ildə 10,4 faiz (əvvəlki proqnoza (6,9 faiz) nəzərən 3,5 faiz bənd çox olacağı gözlənilir.

Milli.Az


Etiketlər:  Neftimizin büdcə qiyməti 60 dollara qaldırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ