Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Aya 12 toy salmayın, pul çatdırmaq olmur"

Tarix: 31 May 2023 10:50

"Özümün və həmkarlarımın adından musiqiçilərdən çox xahiş edirəm, toy edəndə biri-birinizlə məsləhətləşin. Aya 12 toy salmayın, pul çatdırmaq olmur".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri klarnet ifaçısı hüseyn Məhəmmədoğlu sosial şəbəkədə paylaşdığı videoda deyib.

"Tək mən deyiləm, başqa musiqiçilər də var. May ayında da işlər az oldu. Buna vəsait ayırmaq o qədər də asan olmur. Tək öz adıma danışa bilmərəm. Mənim imkanım varsa, başqasının gücü çatmaya bilər. Və yaxud da əksinə. Xahiş edirəm, məsləhətləşin və aya 2 toy edin" deyə, sənətçi bildirib.

Milli.Az


Etiketlər:  Aya 12 toy salmayın pul çatdırmaq olmur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ