Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2023 07:36
Ukrayna kəşfiyyat-diversiya qrupunun Kursk vilayətinin Koronevski rayonuna daxil olması barədə məlumatlar yalandır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə regional dövlət qurumu məlumat yayıb.
"Yeni dezinformasiya: Bu dəfə onlar Kursk əhalisinə FTX adından yazır. Panikaya qapılmayın, ayıq-sayıqlığı saxlayırıq", - deyə bildirilib.
Qeyd edək ki, Rusiya FTX əməkdaşları adından region sakinlərinə Ukrayna kəşfiyyat-diversiya qrupunun ölkə sərhədini keçməsi barədə mesajlar göndərilmişdi.