Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2023 17:12
Kurtlar Vadisi serialında Laz Ziyanın qızı Meralı canlandıran Müge Ulusoy "Kapı" serialı ilə çəkilişlərə qayıtma həyəcanını yaşayır.
Sonxeber.net-ın manset.az-a istinadən məlumatına görə, Ulusoy TRT-nin rəqəmsal kanalı üçün çəkilən "Kapı" serialının heyətinə qatılıb. Rejissoru Nihat Özcanın olduğu serialda Müge Ulusoy 8 yaşlı oğlu olan və iş adamı əri tərəfindən zorakılığa məruz qalan Sevgi rolunu canlandıracaq.
Müge Ulusoy jurnalist Birsen Altuntaşa açıqlamasında yenidən çəkilişlərə başladığı üçün həyəcanlı olduğunu bildirib: "Çoxlu ssenari oxudum və tələsmədən oynamağı çox sevəcəyim rolu seçdim. Oxuyan kimi "hə" dediyim Sevgi obrazına həyat verəcəyim üçün həyəcanlanıram. Darıxdığım setlərdə peşəmlə məşğul olmağa davam edəcəyəm".