Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2023 07:34
Ötən gün Rusiya qoşunlarının Donetsk vilayətini atəşə tutması nəticəsində 1 dinc sakin ölüb, 7-si isə yaralanıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Avdeyevkada 47 yaşlı qadın tankdan açılan atəş nəticəsində ölüb.
Rusiya ordusunun FAB-250 və artilleriyadan istifadə etməklə şəhər və qəsəbələri atəşə tutduğu bildirilib.