Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə dolların məzənnəsi 21 TL-ni ötüb

Türkiyədə dolların məzənnəsi 21 TL-ni ötüb

Tarix: 5 Iyun 2023 10:00

Türkiyədə lirə kəskin şəkildə ucuzlaşmaqda davam edir.

Sonxeber.net bildirir ki, iyunu 5-də birjalarda (Bakıda vaxtı ilə saat 07:50-da) Dollar/Türkiyə Lirəsi məzənnəsi rekordunu yeniləyib 21,15 səviyyəsinə qədər yüksəlib. Başqa sözlə, TL təkcə bu gün dollar qarşısında 0,8% dəyər itirib. Son bir ayda isə lirə 8% ucuzlaşıb.

Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 20.8447 TL, satış üzrə 20.8822 TL müəyyən edib. Türkiyə lirəsi paralel olaraq Azərbaycan manatı qarşısında da rekord şəkildə eniş edib. Azərbaycan Mərkəzi Bankının iyunun 5-də açıqladığı məzənnəyə əsasən 1 TL 0,0805 manata ticarət edilir.


Etiketlər:  Türkiyədə dolların məzənnəsi ötüb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ