Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda mağazadan 8 min manat oğurlayan şəxs tutulub

Bakıda mağazadan 8 min manat oğurlayan şəxs tutulub

Tarix: 23 Oktyabr 2019 21:27

Bakı. Samir Əli - Trend:

Bakıda mağazadan 8 min manat oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 22-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini N.Şəmirov cari il sentyabrın 4-dən 25-dək olan müddətdə işlədiyi mağazadan 8000 manatının oğurlanmasını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsindən oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini T.Ağazadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda mağazadan manat oğurlayan şəxs tutulub


RƏYLƏR