Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Evlənəndə heç bir dənə fincanımız yox idi”

“Evlənəndə heç bir dənə fincanımız yox idi”

Tarix: 6 Iyun 2023 03:05

"35 il heç nə hiss etmədən gəlib keçdi".

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri ötən həftə təmtəraqlı şəkildə 35 illik evliliyini qeyd edən Xalq artisti Brilliant Dadaşova "Şou xəbər" verilişinə müsahibəsində deyib.

Sənətçi bildirib ki, həyat yoldaşı Ədalət Hacıyevlə evlənəndə maddi sıxıntılar keçirib:

"Bizim çətin günlərimiz çox olub. Çünki hər şeyi biz özümüz etdik. Evlənəndə heç bir dənə fincanımız yox idi. Zəhmətimiz və əziyyətimizlə özümüzə ev aldıq. Pulun hamısını ödəməmişdik. Evə demək olar ki, heç nə almırdıq ki, borclarımızı tez qaytaraq".

Dadaşova oğlu Cahadın tezliklə ailə qurub, övlad sahibi olmaq istədiyini söyləyib: 
"Bəzən düşünür ki, evlənim. Sonra bu istəyindən vaz keçir. Hər şey qismətə bağladır. İstəyirəm ki, oğlumun uşağı olsun. Bacılarımın uşaqları mənim uşaqlarım, nəvələri də mənim nəvələrimdir".

Qeyd edək ki, B.Dadaşovanın həyat yoldaşı Ə.Hacıyev Səməd Vurğun adına Akademik Rus Dram Teatrının direktorudur.

Milli.Az


Etiketlər:  Evlənəndə heç bir dənə fincanımız yox idi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR