Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2023 21:22
2021-ci ilin iyulunda Haiti Prezidenti Jovenel Moizin öldürülməsində iştirak edən Haiti və Çili vətəndaşı Rodolf Jaar ABŞ-də ömürlük həbs cəzasına məhkum edilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 50 yaşlı Jaar mart ayında Mayami (Florida) məhkəməsində Moizi oğurlamaq və öldürmək üçün sui-qəsdçilərə maddi dəstək verməkdə günahını etiraf edib. O, cinayətkar dəstənin tərkibində olan Kolumbiya vətəndaşlarını silah, yemək və mənzillə təmin edib.
Jaar istintaqla razılığa gedib və səlahiyyətlilərə ABŞ-də həbsdə olan daha 10 müttəhimin mühakimə olunmasına kömək edəcək məlumatları təqdim edib. Lakin məhkəmə hesab edib ki, bu yolla o, Haiti rəhbərinin qətlində əli olduğunu təsdiqləyib.
Hazırda ABŞ-də Moizin qətlinin təşkilində ittiham olunan 11 nəfər həbsdədir. Ümumiyyətlə, qətlə görə 40-dan çox adam həbs edilib.
Xatırladaq ki, prezident Moiz 2021-ci ilin iyulun 7-nə keçən gecə yaşadığı iqamətgaha silahlıların hücumu nəticəsində öldürülüb, həyat yoldaşı yaralanıb.