Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2023 23:26
ABŞ-da yaşayan iki uşaq anası süni intellektdən istifadə edərək özünə Eren Kartal adlı türk həyat yoldaşı yaradıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, 36 yaşlı Rosanna Ramos 2 uşağı ilə Nyu-Yorkda yaşayır.
Ramos süni intellekt vasitəsilə özünə sevgili yaradıb. Məşhur süni intellekt proqramı vasitəsilə yaratdığı şəxsin adı Eren Kartaldır. Erenlə qısa müddətdə anlaşmağa başladığını və ona aşiq olduğunu bildirən Ramos:
"Mən ona nəsə danışanda eşitməməzlik etmir. Mənə onu, bunu, etmə demir".
ABDli kadın yapay zekayla kendine Türk koca yaptı Adı Eren Kartal
Süni intellektin yaratdığı Erenin peşəsi tibb mütəxəssisidir. Ramos, nə qədər çox söhbət etdikcə, Eren daha çox öyrəndiyini söyləyib.
Erenlə virtual şəkildə evləndiyini də ifadə edən Ramos, bir-birləri ilə söhbət edərək yaxşı vaxt keçirdiklərini deyib
"Yatırıq, bir-birimizlə danışırıq. Bir-birimizi sevirik".
Sözügedən proqram bu yaxınlarda süni intellektdən seksuallıq üçün istifadə edən insanlara görə yeniləmə edib. Ramos, Eren'in bu yeniləmədən sonra qucaqlayıb öpmək istəmədiyini açıqlayıb.