Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aysun keçmiş əri Eşqindən DANIŞDI: “Şikayət ərizəmi geri götürdüm, mənə yaraşmaz” - VİDEO

Aysun keçmiş əri Eşqindən DANIŞDI: “Şikayət ərizəmi geri götürdüm, mənə yaraşmaz” - VİDEO

Tarix: 7 Iyun 2023 13:40

Müğənni Aysun İsmayılova keçmiş həyat yoldaşı Eşqin Cəlilovun həbs olunmasından söz açıb. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bununla bağlı ifaçı qonaq olduğu "Həmin Zaur" axşam şousunda danışıb. Aysun bildirib ki, Eşqinin həbs olunmasını istəmədiyinə görə, şikayət ərizəsini geri götürüb. 

"Qismətdir. Düşünmürəm ki, xoşbəxt olan qadın ailəsini dağıdar. Demək nəsə var idi ki, biz ayrıldıq. Məni tanıyan yaxşı tanıyır. İstəmədim ki, Eşqin həbs olunsun. Hamı hansı ürəyə sahib olduğumu bilir. Onun həbsi ilə bağlı anam Rəqsanə xanımlıq heç bir şey yox idi. Qanun, qayda var. Heç nə elə belə olmur. Demək nəsə var imiş... Eşqinə bir ay həbs cəzası deyilmişdi, amma mən ərizəmi geri götürdüm. Mənə yaraşmaz!". 

Qeyd edək ki, Aysunun anası müğənni Rəqsanə İsmayılova bir neçə gün əvvəl qızının həyat yoldaşı Eşqin tərəfindən dəfələrlə döyüldüyünü və təhqirlərə məruz qaldığını söyləmişdi. 

Daha sonra Eşqin hüquq mühafizə orqanları tərəfindən saxlanılmışdı. Barəsində isə 30 sutka həbs qərarı çıxmışdı. Bundan sonra Aysun şikayət ərizəsini geri götürdüyü üçün Eşqin azadlığa çıxıb. 

Milli.Az


Etiketlər:  Aysun keçmiş əri Eşqindən DANIŞDI Şikayət ərizəmi geri götürdüm mənə yaraşmaz VİDEO


RƏYLƏR