Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Son 5 ildə dövlət büdcəsinin sosialyönlü xərcləri 1.7 dəfə artırılıb

Son 5 ildə dövlət büdcəsinin sosialyönlü xərcləri 1.7 dəfə artırılıb

Tarix: 24 Oktyabr 2019 09:36

Bakı. İlhamə İsabalayeva - Trend:

Son 5 ildə dövlət büdcəsinin sosialyönlü xərcləri 1.7 dəfə artrılıb.

Trend-in məlumatına görə, 2020-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) 10373,7 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu da 2019-cu illə müqayisədə 2605,8 milyon manat və ya 33,5 faiz çoxdur.

Gələn il dövlət büdcəsi xərclərinin tərkibində sosialyönlü xərclərin xüsusi çəkisi 38,5 faiz təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 7,7 faiz-bənd çoxdur.

Son 5 ildə, yəni 2016-cı illə müqayisədə 2020-ci ildə sosialyönlü xərclər 1.7 dəfə, büdcə xərclərinin tərkibində isə xüsusi çəkisi 3,4 faiz-bənd artıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ildə dövlət büdcəsinin sosialyönlü xərcləri dəfə artırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ