Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təyyarə bələdçisi gənclərin “bal ayını'' xilas etdi

Təyyarə bələdçisi gənclərin “bal ayını'' xilas etdi

Tarix: 10 Iyun 2023 00:16

"Delta" hava yollarının təyyarə bələdçisi onların reysi ilə bal ayına gedən gənclərin söhbətini eşidib və dərhal köməyə tələsib.

Bələdçi Detroyt şəhərindən Puerto-Rikoya uçan gənclərin pasportu evdə unutduqlarına görə narahat olduqlarını görüb. Pasport olmadan onların məzuniyyətləri alınmayacaqdı.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, bələdçi Dasti Dills digər təyyarədəki ekipaj üzvlərinə zəng vuraraq pasportun gətirilməsini xahiş edib.

Gənclərin qohumu pasportu hava limanına gətirib, növbəti reysin ekipajına verib, beləcə Puerto Rikaya enən gənclər hava limanında arxadan gələn təyyarənin ekipajından öz pasportlarını götürə biliblər.

Gənclər sosial şəbəkə vasitəsilə şirkətə və Dastiyə təşəkkürlərini bildiriblər.


Etiketlər:  Təyyarə bələdçisi gənclərin ayını xilas etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ