Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəzaya uğramış təyyarədəki uşaqlar 40 gün sonra sağ tapılıblar

Qəzaya uğramış təyyarədəki uşaqlar 40 gün sonra sağ tapılıblar

Tarix: 10 Iyun 2023 08:04

Mayın 1-də Kolumbiyada qəzaya uğramış "Cessna 206" təyyarəsində olan 4 uşaq sağ tapılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro tviter hesabında yazıb.

"Bütün ölkə üçün sevinc! 40 gün əvvəl Kolumbiya cəngəlliyində itən 4 uşaq sağ tapıldı", - Petro tviterdə yazıb.

Bundan əvvəl yerli "Tiempo" qəzeti uşaqların sağ tapıldığını bildirib. Onlar susuz qalırlar və həşərat dişləmələrindən əziyyət çəkiblər. Azyaşlılar helikopterlə hərbi hospitala aparılıb və onlara tibbi yardım göstərilib.

Onların ən böyüyünün 13 yaşı, qalanlarının isə doqquz, dörd və bir yaşı var.

Solano bələdiyyəsindən San-Xose-del-Quavyare şəhərinə uçan təyyarə qəzaya mayın 1-də uğrayıb. Pilot mühərrikin nasazlığı barədə bildirib və qəza siqnalı verib. Xilasetmə əməliyyatında ümumilikdə 120 xüsusi təyinatlı əsgər və 73 mülki şəxs iştirak edib. Təyyarə yalnız 370 saat axtarışdan sonra tapılıb. Hərbçilər həmçinin meşənin kolluqlarında üç yaşlı adamın meyitini də tapıblar. Amma təyyarədə olan uşaqlar kabinədə və ya yaxınlıqda olmayıblar.

Milli.Az


Etiketlər:  Qəzaya uğramış təyyarədəki uşaqlar gün sonra sağ tapılıblar


RƏYLƏR