Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2023 23:39
Əlverişsiz hava şəraiti səbəbilə yolu azaraq Ermənistana keçən və əsir götürülən azərbaycanlı hərbçi Hüseyn Axundovun məhkəməyə xüsusi qəddarlıqla, az qala başına silah dayamaqla gətirilməsi erməni ekspertlərinin belə diqqətini çəkib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, erməni hərbi ekspert Karen Ovannisyan Axundovun məhkəməyə o cür gətirilməsi və elə bir salonda mühakimə olunmasının səbəbini anlamadığını bildirib.
"Əvvəla, məhkəmə zalı belə görünməməli idi. Özünüz də yaxşı bilirsiniz ki, düşmən (Azərbaycan - red.) bizim dərc etdiyimiz kadrlarla əks-təbliğat aparmağa başlayacaq. Onlar Bakıda mühakimə edilən ermənilərin məhkəməsinin getdiyi zalla bu məhkəmə zalını müqayisə edərək, nə qədər biabırçı kasıb olduğumuzu bildirəcəklər.
İkinci, silahın müşayiəti ilə, silahı əvvəldən axıra kimi onun başı üstündə tutaraq proses aparılır və fotolar yayılır. Barmaqlıq düzəldilə və onu ora sala bilməzdinizmi? Axı məhkəmədə qandallı şəxsin başına silah dirəməyə ehtiyac yoxdur. Bu, düşmənə bizə qarşı təbliğat üçün fürsət verir", - o qeyd edib.
Ovannisyan deyib ki, çox pis zal seçilib və onu (Axundovu) əvvəldən axıradək o cür "izləmək" rüsvayçılıqdır.
Qeyd edək ki, Hüseyn Axundova saxlanılanda da ağır fiziki işgəncələrə məruz qalmış, vəhşicəsinə döyülmüşdü.