Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DİQQƏT! - Meyvələrin görkəm və gözəlliyi sizi aldatmasın

DİQQƏT! - Meyvələrin görkəm və gözəlliyi sizi aldatmasın

Tarix: 12 Iyun 2023 20:42

Alış-veriş edən zaman bizi ən çox narahat edən məsələ meyvə və tərəvəzlərin təbi olub-olmamasıdır. Göz oxşayan meyvə və tərəvəzləri xeyirli məhsullar kimi tanıyırıq. Ancaq gözümüzə əlvan və təravətli görünən qidalar əslində orqanizmə zərər yetirir. 

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Lent.az-a danışan Biologiya üzrə fəlsəfə doktoru Dilşad Bayramova bildirib ki, meyvələr mədəniləşdirilərək yerli xalq seleksiyası sortları yaradılıb:

"Azərbaycan çox zəngin torpaq iqlim şəraitinə malikdir. Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u Azərbaycanda yerləşir. Ona görə də Azərbaycanda bütün meyvə bitkiləri demək olar ki, becərilir. Bizim yerli meyvə sortlarından söhbət gedəndə, yəni həm tumlu, həm çəyirdəkli. Tarixən qədim zamanlarda yabanı halda bitən meyvə kolları, meyvə cırlarını, insanlar mədəniləşdirərək yerli xalq seleksiyası sortları yaradıblar". 

Bunlar gəlmə sortlardan nə ilə fərqlənir? - sualımıza isə Dilşad Bayramova belə cavabladı:

"Məsələ bundadır ki, bizim sortlar təbii torpaq şəraitinə uyğunlaşmış sortlardır. Onlar gəlmə sortlardan çox fərqlənirlər. Həm xəstəlik zərərvericilərə qarşı davamlılığına görə, həm torpaq iqlim şəraitinə, həm də əlverişsiz şəraitə davamlılığına görə fərqlənirlər. Çünki əsrlərlə onlar bu mühitdə becəriliblər. 

Məsələn, götürək almanın Cırhacı, Əyyubu, Sarıturş, Qaraturş, Ağalma və s. xalq seleksiya sortlarını. 

Televizorda göründüyü kimi, adi şəraitdə onları illərlə saxlamaq olar. Amma gəlmə sortlar xarici görünüşünə görə diqqəti cəlb eləsə də, onlar adi şəraitdə saxlamaq mümkün deyil. Saxlayanda da qaralır və dadı olmur. Çünki onların çox vaxt geni dəyişmiş gətirirlər. İnsanlar da bundan istifadə eləyirlər. Bunun səbəbində də xəstəliklər yayılır".

Onun sözlərinə görə, biz genofondu qorumalıyıq: 

"Bizim cırhacı alma sortunu yarıb bir müddət saxlayın. Görəcəksiniz ki, qapqara qaraldı. Nəyə görə? Ona görə ki, onun tərkibində mikroelementlər dəmir çoxdur, vitaminlərə zəngindir. Ona görə də biz onları genofondu qoruyub saxlamalıyıq. 

Amma təəssüf ki, sortların əksəriyyəti sıradan çıxıb. Məsələn, armud sortları var: cırnadiri, abbasbəyi. Məsələn, 1999-cu ildə Çində bəşəriyyət XXI əsrin astanasında beynəlxalq sərgi keçirilirdi. Azərbaycan 68 ölkə içərisində gümüş medal aldı. O qədər bizim meyvə sortlarını aparmışdıq: alma, çay, armud, quru meyvələr. 

Yəni bizim xalqın istehsal elədiyi yaratdığı sortları çox dadlıdır. Çinin səfiri özü gəlib təqdim etdi. Çünki həddindən artıq dadlı, ətirli, keyfiyyətli meyvələrimiz var. Bunları qoruyub, saxlamalıyıq". 

Bəs, geni dəyişdirilmiş qidalar insan orqanizminə necə təsir edir? 

GMO- Genetik modifikisiya olunmuş məhsullar bir orqanizmdən digərinə DNT köçürmək, yaxud, bir orqanizmə aid DNT-nin biotexnologiya vasitəsi ilə dəyişdirilməsi deməkdir. Orqanizmdəki hər hansı bir funksiya, ya da bir xüsusiyyət genetik olaraq dəyişdirilə və ya genetik modifikasiya ilə başqa bir orqanizmdə fəaliyyət göstərə bilər. GMO-nun yaradılması üçün əvvəlcə bir hüceyrədən sözügedən geni əldə etmək lazımdır. Daha sonra bu gen əvvəlcədən seçilmiş orqanizmdə çoxaldılır. Orqanizm artıq bu yeni geni istehsal etməyə başlayır.

Bu gün Amerika, Kanada, Argentina, Avstraliya, Çin və Cənubi Afrika başda olmaqla bir çox dünya ölkəsində geni dəyişdirilmiş bitkilər istehsal edilir. GMO-nun qadağan edildiyi ölkələr də az deyil, Belarus, Tailand, Yeni Zelandiya, İtaliya, Fransa, İsveç kimi ölkələr də var ki, bu məhsulların ölkəyə giriş və çıxışına, istehsal və istehlakına qadağa qoyulub.

Artıq bu problemlə bağlı Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ərzaq Təhlükəsizliyi Təşkilatı və beynəlxalq ekoloji təşkilatlar tərəfindən həyəcan təbili çalınır. Bir çox ölkələr insan orqanizmində qarşısıalınmaz dəyişiklərə gətirməsi səbəbindən GMO idxalını qadağan edib.

Elmi araşdırmalara görə, geni dəyişdirilən məhsullar insanın immun sistemini zəiflədir. Bu da müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Adi bir fakt- gen mühəndisliyinin geniş inkişaf etdiyi ABŞ-da əhalinin 70 faizi allergiyadan əziyyət çəkir. GMO-nun qadağan edildiyi İsveçdə isə, belə şəxslərin sayı əhalinin cəmi 7 faizini təşkil edir.

Bir neçə il əvvəl Fransada aparılmış elmi təcrübə GMO qarğıdalının xərçəng törətdiyi sübut olundu. Rusiyada, Almaniyada və sair ölkələrdə də belə araşdırmalar aparılıb və trasngen məhsulların ciddi xəstəliklərə səbəb olduğu ortaya çıxıb.

Genetik təcavüzə məruz qalmış bu məhsullar insan orqanizminin bioloji vəziyyətini və genetik strukturunu dəyişir. Bu sonrakı nəsillərdə özünü daha çox büruzə verir. Bir çox alimlər sonsuzluq hallarının artmasını və digər təhlükəli xəstəliklərin çoxalmasının əsas səbəblərindən biri kimi GMO-nu qeyd edirlər.

GMO təkcə insanın deyil, təbiətin də bioloji strukturunu dəyişir. Bitkilərə müxtəlif heyvan, hətta insan genləri calaşdırmaqla onları təbii vəziyyətindən çıxarırlar. Nəticədə həmin bitki təbii mineral, vitamin və s orqanizmə yararlı olan maddələrdən məhrum olur, yalnız çox məhsul vermək və uzun müddət saxlanmaq imkanı qazanır.

Qeyd edək ki, hazırda dünya əhalisinin 70 faizindən çoxunun GMO məşəli məhsullarla qidalandığı ehtimal olunur. Dünya əkinlərinin isə azı 30 faizində trasgen toxumlar əkilir.

Milli.Az


Etiketlər:  DİQQƏT Meyvələrin görkəm gözəlliyi sizi aldatmasın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ