Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zülfiyyə Xanbabayeva: "Qızlarımızı bundan qorumaq üçün..."

Zülfiyyə Xanbabayeva:

Tarix: 12 Iyun 2023 23:30

Xalq artisti Zülfiyyə Xanbabayeva Azərbaycanda qızların hələ də erkən evliliyə məruz qalması ilə bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi valideynlərə müraciət edərək övladlarını düzgün yönləndirməyə çağırıb:

"Dənizimin artıq 15 yaşı var. Qızım təhsilini davam etdirmək, sevdiyi peşə sahibi olmaq, öz ayaqları üstündə möhkəm durmaq kimi xəyallar qurur. Mən isə öz növbəmdə bu arzuların bir gün Dənizin reallığı olması üçün ona dayaq olmağa çalışıram.

Qızların hələ də erkən evliliyə məruz qalmaları məndə böyük təəssüf hissi doğurur. Bir gəncin uşaqlığına son qoymaq, xəyallarının üzərində xətt çəkmək yolverilməzdir, bundan qızlarımızı qorumaq üçün cəmiyyət olaraq cavabdehik və hər birimiz məsuliyyət daşıyırıq. Övladlarımızın gələcəyi bizdən asılıdır, uşaqlıqdan onlara aşıladığımız dəyərlərin əhəmiyyətini dərk etməliyik, onları düzgün yönləndirməli, həyata həvəsləndirməliyik".

Milli.Az


Etiketlər:  Zülfiyyə Xanbabayeva Qızlarımızı bundan qorumaq üçün


RƏYLƏR