Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əməkdar artist gənc həmkarlarını ƏLƏ SALDI: “Danışanda elə bil, ağızlarında isti kartof var” - VİDEO

Əməkdar artist gənc həmkarlarını ƏLƏ SALDI: “Danışanda elə bil, ağızlarında isti kartof var” - VİDEO

Tarix: 13 Iyun 2023 12:50

"Aktyorlar yox, rejissorlar "qabağa" gedir. Belə çıxır ki, filmə ayrılan vəsaiti rejissor qatlayıb qoyur cibinə. Həmin filmədə rejissorlar gənc aktrisaları çəkirlər. Onlara isə pul yox, reklam lazımdır. Amma pul bizim nəslin aktyorlarına lazımdır ki, dolana bilək. Bizə reklam lazım deyil çünki artıq bizi hamı tanıyır. Biz bu sənətdə sözümüzü demişik. Tamaşaçının sevgisi bizi yaşadır. Bu gün ki gün bizə reklam yox, yaşayışımız üçün pul lazımdır". 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki,  bu sözləri Əməkdar artist Nahidə Orucova "Maqazin plyus" verilişinə müsahibəsində deyib. 

Sənətçi filmlərə çəkilən gənc həmkarlarının danışıq və nitq qabiliyyətlərinin olmadığını bildirərək onları məsxərəyə qoyub:

"Bir çox həmkarlarımın maddi problemləri var. İllər əvvəl rejissorlar filmə aktyor çəkəndə onlar teatrları gəzirdilər. Oradan aktyorları seçirdilər ki, çəkdiyi obraz, rol film üçün düşərli olsun. Aktyor o obraza və rola yaraşsın. İndi isə filmlərə yoldan keçəni çəkirlər. Belə olan halda o filmə heç film demək olmaz. Bu cür özünə aktyor deyən insanların nə ürəyi, nə beyni, nə də ki danışıq tərzləri var. Danışanda isə elə bil, ağızlarında isti kartof var. Danışıqları, nitq qabiliyyətləri yoxdur. Heç birinin səlis danışığı yoxdur. Bədbəxtliyimiz də ondandır. Elə də keyfiyyətsiz filmlər çəkilib, ortaya çıxır. Tamaşaçılar da baxmaq istəmir". 

Aktrisanı film və seriallara çəkməyən rejissorlara səslənən N.Orucova hələ də potensialının olduğunu dilə gətirib: 

"Biz sevə-sevə türk və rus seriallarına baxırıq. Orada mövzular da həyatımızdan götürülüb. Nədənsə rejissorlar köhnə nəslin aktyorlarını film və seriallara çəkmək istəmirlər. Mən 43 ildir ki, bu sənətdəyəm. Görünür, rejissorların bizə ehtiyacı yoxdur. Cavan və gənc aktyorlar bizim filmə verəcəyimiz töhvəni verə bilməzlər. Rejissorlara səslənirəm ki, bizi də film və seriallara çəkin. Çünki bizim potensialımız hələ ki var". 

Milli.Az


Etiketlər:  Əməkdar artist gənc həmkarlarını ƏLƏ SALDI Danışanda elə bil ağızlarında isti kartof var VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ