Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2023 16:00
Özəl sektoru təmsil edən firmalarımız kənd təsərrüfatı və heyvandarlıq sahəsində birgə fəaliyyəti uğurla davam etdirirlər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
"Bununla yanaşı, Türkiyənin podratçı şirkətləri Azərbaycanda nəqliyyat və infrastruktur sahəsində işləri uğurla həyata keçirirlər. Bu, bizi ayrıca məmnun edir", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.