Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2023 07:12
Rusiyanın "Ural" klubu "Qarabağ"ın futbolçusu Marko Yankoviçi transfer etmək istəyir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, Yekaterinburq təmsilçisi monteneqrolu yarımmüdafiəçinin keçidi üçün "köhlən atlar"la danışıqlar aparır.
Qeyd edək ki, 28 yaşlı oyunçu Ağdam klubunda 2022-ci ilin yayından çıxış edir. O, "Qarabağ"ın heyətində 40 oyuna 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Son Azərbaycan çempionu daha əvvəl braziliyalı yarımmüdafiəçi Kadi Borgesi Rusiya "Krasnodar"ına satıb.
"Ural" ötən mövsüm Premyer Liqasını 11-ci pillədə başa vurub.