Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistandan idxal edilən ətdə bakteriya aşkarlandı

Hindistandan idxal edilən ətdə bakteriya aşkarlandı

Tarix: 14 Iyun 2023 19:48

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.

Agentlikdən verilən məlumata görə, görülən tədbirlər çərçivəsində "Ovçular ət və ət məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyətinin Hindistandan ölkəmizə idxal etdiyi 27 ton 675 kiloqram mal əti məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən olunması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Aparılan sınaq nəticəsinə əsasən ət məhsulunda salmonella bakteriyası aşkarlanıb və məhsulun qida sahəsində normativ sənədin tələblərinə uyğun olmadığı müəyyən edilib.

Qanunvericiliyə uyğun olaraq istehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv olunması və ya utilizasiya edilməsi barədə qərar qəbul olunub. Həmçinin aşkarlanan mal əti məhsulunun istehsal edildiyi müəssisənin məhsullarının ölkəmizə gətirilməsinə müvəqqəti qadağa qoyulub və Hindistanın aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.


Etiketlər:  Hindistandan idxal edilən ətdə bakteriya aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ