Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə qırıcıları HAVAYA QALXDI

Türkiyə qırıcıları HAVAYA QALXDI

Tarix: 17 Iyun 2023 07:22

1972-ci ildən Baltik dənizində keçirilən NATO Baltops təlimi iyunun 4-də başlayıb. Bu il genişmiqyaslı "Baltops-23" hərbi dəniz təlimində 20 ölkədən 50 gəmi, 45-dən çox təyyarə və 6000 şəxsi heyət iştirak edir.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki,Türkiyə qərb dəniz bölgəsində quru, hava və dəniz əməliyyatlarının aparılmasında iştirak edən ölkələr arasında koordinasiyanı yaxşılaşdırmaq məqsədi daşıyan təlimdə Hərbi Hava Qüvvələrinə aid 3 ədəd F-16 təyyarəsi ilə iştirak edir. 

Təlim çərçivəsində Baltik dənizində təlimə qatılan gəmilərin üzərində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus FA-15, Türkiyə və Polşaya məxsus F-16, Almaniyaya məxsus "Tornado" döyüş təyyarələri uçuşlar həyata keçirib. 


Etiketlər:  Türkiyə qırıcıları HAVAYA QALXDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ