Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messini qucaqlayan azarkeşin cəzası bəlli oldu - VİDEO

Messini qucaqlayan azarkeşin cəzası bəlli oldu - VİDEO

Tarix: 17 Iyun 2023 10:06

Pekində Argentina və Avstraliya yığmaları arasında keçirilən yoldaşlıq oyunu zamanı meydançaya qaçan və Lionel Messini qucaqlayan çinli azarkeş 12 ay müddətinə stadionlardan kənarlaşdırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Di adlı 18 yaşlı fanat törətdiyi əmələ görə inzibati həbs cəzası alıb. Pekin polisi onun nə qədər həbsdə qalacağını dəqiqləşdirməsə də, azarkeşin davranışına görə üzr istədiyini və cəzanı qəbul etdiyini bildirib.

Xatırladaq ki, hadisə iyunun 15-də baş verib. Messinin Argentina millisindəki formasını geyinən azarkeş meydançaya qaçaraq dərhal kumirini qucaqlayıb. Bundan sonra o, təhlükəsizlik əməkdaşları tərəfindən tutulub və stadiondan çıxarılıb. Görüş Argentina millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Messi və Herman Pessella vurublar.

Milli.Az


Etiketlər:  Messini qucaqlayan azarkeşin cəzası bəlli oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ